Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu-2018” üçün qeydiyyat davam edir.
Mayın 13-də “Küləyə qalibgəl” şüarı altında təşkil olunacaq yarımarafon üçün artıq 3 min nəfər qeydiyyatdan keçib.
İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.
“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
