Qış
fasiləsində Topaz premyer-liqasına hazırlığı İspaniyanın Marbelya əyalətində
keçirən “Bakı” artıq vətənə dönüb.
Korner.az-ın məlumatına görə, yanvarın 11-25-i aralığında təlim-məşq
toplanışında olan kollektiv yanvarın 26-ı Bakıya qayıdıb.
İki günlük
istirahətin ardından komanda üzvləri bu gün saat 11:00-da klubun təlim-məşq
bazasında bir araya gəlib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçən
məşq yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Ardından müxtəlif toplu
çalışmaları həyata keçirən futbolçular sonda ikitərəfli oyunla kifayətləndilər.
Qeyd edək
ki, zədəli olan Şəhriyar Əliyev və Marius Pena hazırlıqda iştirak etməyib.
