AFFA İntizam Komitəsinin bu gün keçirilmiş iclasında qəbul edilmiş qərarlar:
27 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VII turunun “Bakı” – “Araz Naxçıvan” matçının 78-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur(maddə 62).
27 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
27 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VII turunun AZAL – “İnter” matçında AZAL və “İnter” klublarınun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
28 sentyabr 2014-cü il, 2014/2015 mövsümuründə, XXIII Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
26 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
26 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Bakı” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 65 №-li futbolçusu Əbülfəz Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
26 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun AZAL – “İnter” matçında “İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur(maddə 62).
26 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Energetik” – “Mil-Muğan” matçının 25-ci dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
26 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, I divizionun IV turunun “Turan-T” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
24 sentyabr 2014-cü il U-19 Liqasının “Rəvan” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Samir İbrahimov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
24 sentyabr 2014-cü il U-19 Liqasının “Qarabağ” – “İnter” matçının 30-cu dəqiqəsində “İnter” klubunun 7 №-li futbolçusu Azər Yusifov və “Qarabağ” klubunun 7 №-li futbolçusu Tofiq Fərzəliyev dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 5 oyun cəzalanır (maddə 38.3).
Oyunun 60-cı dəqiqəsində “İnter” klubunun 6 №-li futbolçusu Qaraxan Əliyev sonuncu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
22 sentyabr 2014-cü il Bakcell U-17 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Raciv Orucov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 86-cı dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Elvin Yunusov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.1).
22 sentyabr 2014-cü il Bakcell U-17 Liqasının “Kəpəz” – “Vətən” matçının 77-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Mahsun Əliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
25 sentyabr 2014-cü il U-16 Liqasının “Turan-T” – “Vətən” matçının 62-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Ağa Əhmədzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 74-ci dəqiqəsində “Turan-T” klubunun 10 №-li futbolçusu Misir Rüstəmov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
25 sentyabr 2014-cü il U-16 Liqasının “İnter” – “Rəvan” matçının 32-ci dəqiqəsində “Rəvan” klubunun 10 №-li futbolçusu Nurlan Cəfərov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.1).
25 sentyabr 2014-cü il U-16 Liqasının “Qəbələ” – “Simurq” matçında “Simurq” komandasının heyətində Məhəmməd Abakarov turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı məğlubiyyət verilir.
23 sentyabr 2014-cü il U-15 Liqasının “Xəzər Lənkəran” – “Neftçi” matçının 70-cı dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Yusif Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 70-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu Əli Aydınzadə və 10 №-li futbolçusu Xaqani Sadıxov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.1).
23 sentyabr 2014-cü il U-15 Liqasının AZAL – “Əlincə” matçının 64-cü dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Tərxan Həsənzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
26 sentyabr 2014-cü il U-14 Liqasının “Gənclərbirliyi” – “Kəlbəcər” matçında “Kəlbəcər” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 sentyabr 2014-cü il Bakcell U-14 Liqasının Lokomotiv(Gəncə) – Arzu UGİM-1 matçının 57-ci dəqiqəsində Lokomotiv klubunun 9 №-li futbolçusu Orxan Mustafayevin aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
27 sentyabr 2014-cü il U-14 Liqasının Ümid (Tovuz) – Gənclər (Şəmkir) matçının 45-ci dəqiqəsində Gənclər klubunun 5 №-li futbolçusu Zamiq Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 sentyabr 2014-cü il U-14 Liqasının “Sahil M319” – “Rəvan” matçında “Sahil” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 sentyabr 2014-cü il “Coca-Cola U-13” Liqasının Gİİ (Qazax) – UGİM (Tovuz) matçının 15-ci dəqiqəsində Gİİ klubunun 10 №-li futbolçusu Miray Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
28 sentyabr 2014-cü il “Coca-Cola U-13” Liqasının Seperadi (Lənkəran) – Boladi (Masallı) matçının 46-cı dəqiqəsində Separadi klubunun 12 №-li futbolçusu Hüseyn Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 sentyabr 2014-cü il “Atena U-12” Liqasının Aran (Ağcabədi) – UGİM (Naftalan) matçında “Naftalan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 sentyabr 2014-cü il “Atena U-12” Liqasının Gəncə (Gəncə) – UGİM (Göy Göl) matçının 30-cı dəqiqəsində UGİM klubunun 11 №-li futbolçusu Rauf Quliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
27 sentyabr 2014-cü il “Atena U-12” Liqasının Neftçi İK İB (Neftçala) – Məhsul (Cəlilabad) matçının 35-ci dəqiqəsində Gənclər klubunun 4 №-li futbolçusu Cəbrayıl Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 sentyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Barsamaniya” – “Ağdam” matçının 35-cü dəqiqəsində “Barsamaniya” klubunun 11 №-li futbolçusu Aleyman Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 sentyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Rabitə” – “Zəngilan” matçının 10-cu dəqiqəsində “Zəngilan” klubunun 9 №-li futbolçusu Anar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 sentyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Çevik” – “Xəmsə” matçının 23-cü dəqiqəsində “Xəmsə” klubunun 15 №-li futbolçusu Əli Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 sentyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Khazar Travel” – “Neftçi -2” matçının 12-ci dəqiqəsində “Neftçi-2” klubunun 11 №-li futbolçusu Murad Mustafayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
27 sentyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Qədimqala” – “Standard” matçının 24-cü dəqiqəsində “Qədimqala” klubunun 10 №-li futbolçusu Nadir İsmayılovla “Standard” klubunun 10 №-li futbolçusu İrfan Səmədov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
affa.az
