"Bakı"nın U-15 komandası artıq Fransanın Lans şəhərindədi.
Korner.az-ın məlumatına görə, dünən Lansda yağışlı hava olmasına rəğmən, komanda səhər saatlarında ilk məşqini keçirib.
Həmçinin “Lans”ın məşqçisi Jan Pyer Lurisella "Bakı"nın qapıçılarına ayrıca hazırlıq keçib.
Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. Komanda qarşılaşmadan qalib ayrılıb.
Bu gün “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxacaqlar.
