Bakı klubunda yeni müqavilə
01.07.2020 , 18:07

“Azərreyl” daha bir voleybolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi Tovuz Ələkbərova ilə anlaşıb. 17 yaşlı libero daha bir mövsüm komandada çıxış edəcək.
Tovuz Ələkbərova “Azərreyl”in yetirməsidi. Komanda daha əvvəl Moytsa Pene, Anastasiya Mertsalova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni yeniləyib.
“Azərreyl” Romana Hudeçova, Braun Kazmiere, Anna Nyusom, Yuliya Kərimova və Anastasiya Bessonovanı heyətinə qatıb.
