“Bakı” futbol klubu Topaz Premyer Liqasının yeni mövsümü üçün ilkin sifariş vərəqəsini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, siyahıda 24 futbolçunun adı qeyd olunub.
Qapıçılar: 1. Aqil Məmmədov, 13. Edin Nuredinovski, 29. Kamran Ağayev
Müdafiəçilər: 2. Deividas Çesnauskis, 3. Yure Travner, 5. Aqil Nəbiyev, 14. Elvin Əliyev, 24. Georgios Pelagias, 34. Şəhriyar Əliyev
Yarımmüdafiəçilər: 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 16 Xavyer Junior Vilson, 17. Risto Ristoviç, 18. Rubio Martinez, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov, 23. Lukas Horvat, 26. Əziz Quliyev, 27. Rəhman Hacıyev
Hücumçular: 11. Rauf Əliyev, 19. Marius Pena, 20. Mindauqas Kalonas
