Topaz Premyer
Liqasının VII turunda səfərdə “İnter”in qonağı olacaq “Bakı” hazırlıqlara start
verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat
davam edən məşq keçirib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri
ilə başlayıb. Hazırlıq qapıya zərbələrlə bitib.
Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarından məşqdə
iştirak etməyiblər. Mario Alvarez, Ruben Martinez və Mario Horvat komandadan ayrı
çalışıblar.
Milinko Pantiç “İnter”lə qarşıdakı oyunla bağlı fikirlərini
açıqlayıb: “Bu oyun bizim üçün çox vacibdir. “İnter”in turnir cədvəlində
tutduğu yerə baxmayaraq bu komandaya qarşı ciddi hazırlaşırıq, ən azından ona
görə ki, bu bir Bakı derbisidir”.