Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “İnter”lə qarşılaçacaq olan “Bakı” bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, “Bakı”nın futbolçuları Lukas Mario Horvat və Pelagias Georgios “Sumqayıt”la oyunda sarı vərəqə aldıqları üçün “İnter”lə oyunda meydana çıxmayacaqlar.
