Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" dünən növbəti yoxlama görüşünü keçirib. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin budəfəki rəqibi Xorvatiyanın "İnter" klubu olub.
Matç 1:1 hesabı ilə nəticələnib. Hesabı ikinci hissədə qonaqlar açsa da, matçın bitiminə 10 dəqiqə qalmış İbrahim Karbqo bərabərlik qolunu vurub.
