Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün iki dəfə məşq edib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, Kaxaber Sxadadzenin komandası toplanış çərçivəsində sonuncu yoxlama matçına fevralın 3-də çıxacaq.
"İnter" Polşanın güclülər dəstəsində çıxış edən "Poloniya" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxti ilə saat 15.00-da başlayacaq.
Qeyd edək ki, "İnter" həmin gün iki oyun keçirməyi planlaşdırırdı. Lakin məşqçilər korpusu bir oyunla kifayətlənməyə qərar veriblər.