“Komandaya oyundan sonra istirahət verilmişdi. Bu gün iki məşq keçiriləcək. Hazırda baxışda yeni futbolçu yoxdur. “Aktobe” ilə oyunda meydana çıxmış xorvat hücumçu geri qaytarıldı. Komandaya Kosta-Rikadan hücumçu gətiriləcək. Adı hələ ki, məlum deyil. Onunla birbaşa müqavilə imzalanacaq”.
Bu sözləri Korner.az-a açıqlamasında “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.
Klub rəsmisi həmçinin bildirib ki, Vaqif Cavadov və Samir Zərgərov zədəli olduqları üçün fərdi qaydada məşq edirlər.
