big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Bakı “İnter”inin potensial rəqibləri müəyyənləşir

21.05.2012 , 10:10

5-7 iyul tarixlərdə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk görüşləri baş tutacaq.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məlumatına görə, "İnter" klubu turnirin məhz bu mərhələsindən mübarizəyə başlayacaq.

Birinci və ikinci təsnifat raundlarının püşkatma mərasimi iyunun 25-də keçiriləcək. Birinci təsnifat mərhələsində 74 komanda çıxış edəcək. Onlar iki səbətə bölünəcəklər – səpələnmiş (əmsalı yüksək olan klublar) və səpələnməmiş (əmsalı aşağı olan klublar). Püşkün nəticəsində müxtəlif səbətlərdə yer alan komandalar bir-biriylə mübarizə aparacaq. Keçiriləcək ev və səfər matçlarında daha üstün olan 39 klub növbəti mərhələyə vəsiqə qazanacaq, məğlub olanlar isə Avroliqayla vidalaşacaqlar. Turnirin birinci təsnifat mərhələsində bu komandalar iştirak edəcək:

17 komanda – UEFA-nın əmsallar cədvəlinin 37-53 yerləri tutan ölkələrin kubokunun sahibləri, 25 komanda- UEFA-nın əmsallar cədvəlinin 28-53 yerləri tutan ölkələrinin çempionatlarının gümüş mükafatçıları (Lixtenşteyndən savayı), 5 komanda – UEFA-nın əmsallar cədvəlinin 28-53 yerləri tutan ölkələrinin çempionatlarının gümüş mükafatçıları, 29 komanda – UEFA-nın əmsallar cədvəlinin 22-51 yerləri tutan ölkələrinin çempionatlarının bürünc mükafatçıları (Lixtenşteyndən savayı) və "fair play" reytinqinin nəticəsinə əsasən ən yaxşı 3 klub.

Həmin nominasiyada bu mövsüm Hollandıyanın "Tvente", Norveçin "Stabek" və Finlyandiyanın "MyuPa" klubları Avroliqaya vəsiqə əldə ediblər. UEFA-nın ölkələrin əmsal cədvəlinin 2010/11 mövsümün sonuna olan nəticəyə görə, Azərbaycan 37-ci yerdə məskunlaşıb, bu da öz növbəsində ölkəmizin turnirdəki hər 3 təmsilçisinin Avroliqanın məhz birinci təsnifat mərhələsindən mübarizəyə qoşulması deməkdir.

Qeyd edək ki, birinci raundda iştirak edəcək 74 komandadan artıq 66-nın adı məlumdur. Bu mərhələdə yer alacaq daha 8 klubun adı hələlik bəlli deyil. Belə ki, turnirin birinci təsnifat mərhələsində Çernoqoriyanın 3, Bosniyanın 2, San-Marinonun, Macarıstanın və Lüksemburqun isə 1 təmsilçisinin adları hələ müəyyənləşməyib. Bununla belə, birinci raundun səpələnmiş komandalarının çoxusu artıq məlumdur. Sevindirici haldır ki, reytinqi yüksək olan klublar arasında Bakı "İnter"inin adı da var. Bu fakt isə komandaya daha zəif rəqiblə qarşılaşmaq şansını yaradır.

Kaxaber Sxadadzenin komandası 2.491 əmsala malikdilər ki, bu nəticə onları səpələnmiş klublar siyahısının 27-ci pilləsində qərarlaşmasına imkan yaradır. Turnirin birinci mərhələsinin bütün iştirakçıları məlum olmasa belə, "İnter"in səpələnmişlər qrupunu tərk etməyəcəyi artıq indidən məlumdur. Digər 8 klubun kim olacağından asıllı olmayaraq "İnter"in bu siyahıda qalacağı dəqiqdir. Ən pis halda "İnter" 4 pillə yuvarlanaraq 31-ci yerə enəcək, lakin bununla belə, komanda səpələnmişlər səbətindəki öz yerini saxlamağa müvəffəq olacaq. Belə də "İnter" birinci mərhələdə "Lex", "Tvente" və "Rusenborq" kimi güclü komandalarla qarşılaşmaqdan özünü qoruyub.

Aşağıdakı siyahıda səpələnmiş, səpələnməmiş, hələlik taleyi bilinməyən və birinci mərhələnin digər potensial iştirakçılarla tanış ola bilərsiniz:

Səpələnmiş komandalar və onların reytinqi:

1) "Tvente"(Hollandiya)-57.103,
2) "Lex" Poznan(Polşa)-22.483,
3) "Rusenborq"(Norveç)-20.935,
4) "Elfsborq"(İsveç)-10.180,
5) "Kalmar"(İsveç)-7.180,
6) "Aktobe"(Qazaxıstan)-5.066,
7) "St.Patriks"(İrlandiya)-4.975,
8) "Gomel'"(Belarus)-4.641,
9) "Boqemians"(İrlandiya)-3.975,
10) "Senica"(Slovakiya)-3.974,
11) "Osiek"(Xorvatiya)-3.774,
12) "Hafnarfordur"(İslandiya)-3.566,
13) "Levadiya"(Estoniya)-3.533,
14) "Pünik"(Ermənistan)-3.441,
15) "Daçiya"(Moldova)-3.349,
16) FK "Bakı"(Azərbaycan)-3.241,
17) Bosniyanın bir klubu-3.183(ən aşağı əmsal),
18) "Metallurq"Liepayaa(Latviya)-3.174,
19) "Bangor Siti"(Uels)-3.049,
20) "Stabek"(Norveç)-2.935,
21) "Suduva"(Litva)-2.875,
22) "Yaqodina"(Serbiya)-2.850,
23) "MyuPa"(Finlyandiya)-2.826,
24) "Tirana"(Albaniya)-2.783,
25) "Olimpiya" Lüblyana(Sloveniya)-2.674,
26) "Renova"(Makedoniya)-2.633,
27) "İnter"Bakı(Azərbaycan)-2.491,
28) Çernoqoriya çempionatında 2-ci pilləni tutan klub-"Rudar" və ya "Buduçnost'"-2.375, 29)"Kuopio"(Finlandiya)-2.326,
30) "Şkendiya"(Makedoniya)-2.133,
31) "Birkirkara"(Malta)-2,116,
32) "Streymur"(Farer adaları)-2.033.

Səbəti bilinməyən komandalar və onların reytinqi:

1) "Xəzər-Lənkəran"(Azərbaycan)-1.991,
2) MTK(Macarıstan)-1.950,
3) "Metallurq" Skopye(Makedoniya)-1.883,
4) "Şaulyay"(Litva)-1.875,
5) Bosniya klublarından biri -"Sarayevo"(4.183), ya "Zrinski"(3.683), ya "Olimpik"(1.683) , ya da "Borac Luka"(3.183),
6) Macarıstan çempionatında 4-cü pilləni tutan klub-"Honved"(2.950), ya "Keçkemet"(2.450), ya "Paks"(2.950), ya da "Dişyor"(1.950),
7) Çernoqoriya kubokunun sahibi-"Çelik"(0.875) və ya "Rudar"(2.375),
8) Çernoqoriya çempionatında 3-cü pilləni tutan klub-"Zeta"(1.375) və ya "Moqren"(3.375), 9)Lüksemburq klublarından biri-"Fola Eş"(0.716) və ya "Differanj"(2.966).

Səpələnməmiş komandalar və onların reytinqi:

1) "Zimbru"(Moldova)-1.849,
2) "Yuvaskulya"(Finlyandiya)-1.826,
3) "Flyamurtari"(Albaniya)-1.783,
4) "Kliftonvill"(Şimali İrlandiya)-1.766,
5) "Metalurgi Rustavi"(Gürcüstna)-1.733,
6) "Torpedo"Kutaisi(Gürcüstan)-1.733,
7) FK "Santa Kolomna"(Andorra)-1.700,
8) "Daugava"(Latviya)-1.674,
9) "Llanelli"(Uels)-1.549,
10) "Kruzaders"(Şimali İrlandija)-1.516,
11) "Jeness"(Lüksembrug)-1.446,
12) "Sele"(Sloveniya)-1.424,
13) "Mura"(Sloveniya)-1.424,
14) "Vestmannayer"(İslandiya) -1.316,
15) "Trans-Narva"(Estoniya)-1.283,
16) "Floriana"(Malta)-1.116,
17) "Haybernian"(Malta)-1.116,
18) "Tor Akkureyni"(İslandiya)-1.066,
19) "Ordobası"(Qazaxıstan)-1.066,
20) "Jetısu"(Qazaxıstan)-1.066,
21) "Kalyu"(Estoniya)-1.033,
22) "Runavik"(Farer adaları)-1.033,
23) "Portadaun"(Şimali İrlandiya)-1.016,
24) "Grevenmaxer"(Lüksemburg)-0.966,
25) "Gandzasar"(Ermənistan)-0.941,
26) "Eşen/Mauren"(Lixtenşteyn)-0.800,
27) "Vikingur"(Farer adaları )-0.783,
28) "Teuta"(Albaniya)-0.783,
29) UE "Santa Kolomna"(Andorra)-0.700,
30) "Kefn Druids"(Uels)-0.549,
31) "Şırak"(Ermənistan)-0.441,
32) "La Fiorita"(San-Marino)-0.183,
33) San-Marino təmsilçisi-"Libertas"(0.183), ya "Tre Fyori"(1.683), və ya "Tre Penne"(0.933).

Görünüyü kimi, "İnter"in potensial 27 rəqibindən 33-ü artıq məlumdur. Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparacaq bütün klubların siyahısı isə may ayının sonlarında dəqiqləşəcək. Püşk keçirilən günü "İnter"in potensial rəqiblərinin siyahısı daha da qısalaraq 5-ə bərabər olacaq. Belə ki, "bankirlər" səpələnməmiş səbətin əvvəlcədən seçilən 5 klubdan biriylə qarşılaşacaq. 25 iyunda həmçinin "İnter"in ikinci mərhələyə yüksəldiyi təqdirdə üz-üzə gələcəyi komandanın adı da bəlli olacaq. Bu raundda "İnter"i daha ciddi rəqib gözləyir.

Qeyd edək ki, ikinci mərhələyə vəsiqə qazanacağı halda "İnter" "Anji", "Bursaspor" və ya ötən mövsüm Çempionlar Liqasında yaxşı çıxışıyla səs salan Kiprin APOEL kimi güclü komandalarla görüşməməkdən sığortalanmayıb.

Son yazılar

To Top