“Ümid edirəm ki, bu mövsümdə biz avrokuboklara vəsiqə qazanmaq üçün mükafatçılar sırasında yer ala biləcəyik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Matiya Şpiçiç deyib.
Xorvat futbolçu “Qəbələ” ilə son matçla bağlı danışıb: “Qəbələ”yə qarşı son oyunda (4:1) biz rəqibdən üstün idik. Əsası, Avropa Liqasına vəsiqə uğrunda əsas rəqiblərimizdən birini məğlub edə bildik”.
