2013-cü il başa çatır. Bu il “İnter” üçün çempionatda növbəti bürünc medal qazanmasıyla və bunun ardından avrokubokda iştirak etməsiylə əlamətdar olub.
39 matçın yarısında qallibiyyət
“İnter” 2013-cü ildə 39 matç keçirdi. 32 qarşılaşma yerli çempionatın payına düşür, 4 oyun UEFA Avropa Liqası çərçivəsində baş tutdu və 3 matçda komanda Azərbaycan Kuboku uğrunda keçirilən oyunlarda meydana çıxdı. “İnter” bu oyunların yarısında qalib gəldi-19 qələbə (16 qələbə çempionatda, 2 qələbə Avropa Liqasında və 1 qələbə ölkə kubokunda), 8 matçda heç-heçə qeydə alındı (5 heç-heçə çempionatda, 1 heç-heçə Avropa Liqasında və 2 heç-heçə isə kubok oyunlarında) və 13 matçda komanda məğlubiyyətə uğradı (12 məğlubiyyət çempionatda və 1 məğlubiyyət isə Avropa Liqasında).
60-42=18
Komanda 2013-cü ili vurulmuş və buraxılmış qolların müsbət balansıyla başa vurur -18 top. “İnter” 2013-cü ildə ümumilikdə 60 dəfə fərqlənib (46 qol çempionatda, 4 qol Avropa Liqasında və 10 qol Azərbaycan Kubokunda). Klubun qapısından buraxdığı qolların sayı isə 42-ə bərabərdir (36 qol çempionatda, 3 qol Avropa Liqasında və 3 qol kubok oyunlarında).
“Şuşa”, “Simurq”, “Rəvan”
2013-cü ildə “İnter” ən böyük qələbəsini kubok oyunları çərçivəsində “Şuşa”ya qarşı keçirdiyi matçda əldə etdi. Həmin oyunda komanda rəqibini 7:0 hesabıyla məğlubiyyətə uğratdı. Bundan başqa, komanda “Simurq”a(5:0) və “Rəvan”a (5:1) böyük hesabla qalib gəldi. Sonuncusu komandamızın 2013-cü ildə səfərdə əldə etdiyi ən böyükhesablı qələbə oldu.
Bununla yanaşı, “İnter” 2013-cü ildə heç bir komandaya 2- dən artıq olmayan top fərqilə uduzmadı. Daha çox “Neftçi”yə(4 dəfə) və “Qarabağ”a (3 dəfə) məğlub oldu. Hamıdan daha çox komandamız “Qəbələ”ni- 5 oyunun 3-də və “Bakı”nı- 6 oyunun 3-də məğlub etdi . Digərlərindən fərqli olaraq “İnter” 2013-cü ildə ən çox məhz “Bakı” komandasıyla qarşılaşdı-6 dəfə. Bu görüşlərin heç birində “İnter” paytaxt klubuna məğlub olmadı- 3 qələbə və 3 heç-heçə.
