Bakının “İnter” klubu daha bir transferini rəsmiləşdirib.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, bu gün serbiyalı futbolçu Vojislav Stankoviçlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2009-2015-ci illərdə Serbiyanın “Partizan” klubunda çıxış edib.
Xatırladaq ki, “Bankirlər” buna qədər Yussef Fenniç, Ruben Şaken, Tural Hümbətov və Əfran İsmayılovu da heyətinə cəlb edib.
