Dünən “İnter”in əvəzedici komandası MOİK-i yoxlama oyununda 6:1 hesabı ilə məğlub etdi.
Korner.az-ın məlumatına görə, həmin matçda bank klubunun qapısı baxışda olan Eyyub Əliyev qoruyub.
Əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev klubun rəsmi saytına açıqlamasında gənc qapıçının gələcəyi barədə danışıb: “Eyyub bizimlə olduğu müddətdə özünü yaxşı tərəfdən göstərdi. Onun komandada qalmasını istərdim. Lakin onun gələcəyi barədə dəqiq danışa bilmirəm, axı öncə onun icarəsi barədə MOİK rəhbərliyilə danışmaq lazımdı. Ümid edirəm ki, bu məsələdə ümumi razılığa gələ biləcəyik”.
