“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze komandaya yeni futbolçular cəlb etmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, gürcü çalışdırıcı əvəzedici komandadan 3 futbolçunu əsas heyətə dəvət edib.
Belə ki, Nurxan Məsimzadə, Cəmil Hacıyev və Abbas Hüseynov komandanın yanvarın 5-də başlayacaq Antalya toplanışına qatılacaq. Onlar özlərini yaxşı tərəfdən göstərəcəyi halda əsas heyətdə saxlanıla bilərlər.
