“İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin əvəzedici komandanın 3 üzvünü əsas heyətə dəvət etməsi ilə bağlı xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, gürcü mütəxəssis Nurxan Məsimzadə, Cəmil Hacıyev və Abbas Hüseynovu Antalyaya aparmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, Kaxa bu siyahıya daha iki nəfərin adını əlavə edib. Belə ki, Mənsur Nəhavəndini və Azər Salahlını da Antalyaya aparmaq qərarına gəlib.
Son 2 futbolçu əsas komanda ilə məşqlərini keçsə də, daha çox “İnter”in əvəzedici komandasında çıxış edir. Hüseynov, Hacıyev və Salahlı müdafiəçi, Nəhavəndi yarımmüdafiəçi, Mənsimzadə isə hücumçudur.
