Samir Zərgərov “İnter”i tərk edə bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun baş məşqçi Kaxaber Tsxadadzenin etimadını qazana bilməməsidi.
Tsxadadze cari mövsümdə Samirə cəmi iki oyunda 16 dəqiqə oynamaq imkanı verib. Bu da 27 yaşlı yarımmüdafiəçini razı salmır. Bu səbəbdən Zərgərov “İnter”dən ayrılmaq istəyir.
