“FİFA “İnter”ə növbəti sanksiya tətbiq edib.
Korner.az-ın məlumatına görə, ali futbol qurumu “bankirlər”ə transfer qadağası qoyub.
Məlumatı əməkdaşımızla söhbətində Bakı klubunun prezidenti Rəşad Qasımov da təsdiqləyib. O bildirib ki, transfer qadağası qarşıdakı iki “transfer pəncərəsi” dönəmini əhatə edəcək:
“Bu qərar may ayında verilib. Belədisə, niyə transfer dönəmi bitdikdən sonra, yəni bu gün məktub göndərilib? Bunu anlaya bilmirəm. Sabah məsələ ilə bağlı AFFA-ya gedəcəm”.
Bu cəzadan sonra “İnter” 2018-ci ilin yanvar ayına qədər transfer həyata keçirə bilməyəcək.
Qeyd edək ki, “İnter” futbolçulara olan borclarına görə, cari mövsüm avrokuboklardan kənarda qalıb. (apasport.az)
