Məlum olduğu kimi, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim etməli idi.
Korner.az-ın "İnter"in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq həmin sertifikat kluba təqdim olunub.
Beynəlxalq standartlara cavab verən arena iki ulduzla qiymətləndirilib.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatterin imzası ilə olan sertifikat bu gün "İnter" klubuna təqdim olunub.
Əlavə edək ki, bu sertifikat stadionun bir il müddətində beynəlxalq matçları keçirməyə imkan verir.
