Milli komandamızın oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən “İnter” klubu “Sumqayıt”la yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Noyabrın 13-də “İnter Arena” keçiriləcək oyun saat 15.30-da başlayacaq.
