Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək Bakı “İnter”i qardaş ölkəyə yanvarın 3-də yollanacaq.
Korner.az-ın məlunmatına görə, hazırlıq prosesi ayın 23-də başa çatacaq.
“Bankirlər” Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən birinin kimliyi bəllidi.
Belə ki, “İnter” Almaniyanın “Verder” klubunun ikinci komandası ilə qarşılaşacaq. Matç yanvarın 12-də baş tutacaq.
