"İnter" "Şəfa" stadionunda hazırlıqlara start verib. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bazar günü səhər bir araya gələn komanda yüngül məşq keçib.
Dünən isə "İnter" iki dəfə məşq etdi. Hazırlıq planına əsasən komandamız sabah da iki dəfə məşqə çıxacaq.
Qeyd edək ki, Premyer Liqada yaranmış fasilə zamanı "İnter" iki yoxlama matçı keçirməyi planlaşdırır.