Bakının "İnter" klubu Kamerun yığmasının və Serbiyanın “Vojvodina” klubunun hücumçusu Abubakar Omarunu transfer etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri Serbiya mətbuatı yayıb.
26 yaşlı forvardı rənglərinə bağlamağa çalışan "bankirlər" bunun üçün Almaniyanın "Hoffenhaym" və "Herta" klubları, eləcə də Çinin bir neçə komandası ilə mübarizədən qalib ayrılmalıdı. Belə ki, Omarununu transfer etmək istəyənlər siyahısında onlarda var.
Qeyd edək ki, Omaru karyerası ərzində “Yanbian”, “Changsha Ginde”, “Red Star Belgrade”, “OFK Beograd” kimi klublarda da çıxış edib. O, 2010-cu ildən çıxış etdiyi “Vojvodina”da 72 oyuna 24 qol vurub.
