Topaz Premyer Liqasını üçüncü pillədə bitirərək bürünc medala sahib olan “İnter” Səlahət Ağayevi geri qaytarıb.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “bankirlər”ə məxsus olan Ağayev “Sumqayıt”da oynayırdı.
“İnter” Avropa Liqasına vəsiqə qazandıqdan sonra paytaxt klubu Ağayevi geri qaytarmağı vacib bilib.