Xəbər verdiyimiz kimi, “İnter”in əvəzedici komandası hazırda “Şəfa” stadionunda təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, yanvarın 10-da toplanış çərçivəsində “İnter”in U-19 komandasıyla üz-üzə gələn və bu görüşdə 5-1 hesablı qələbə qazanan əvəzedicilər daha 3 yoxlama matçı keçirəcək. Belə ki, komanda ayın 14-də “Sumqayıt” və 17-də “Qarabağ” klubların əvəzediciləri ilə üz-üzə gələcək. “İnter” yanvarın 22-də də meydana çıxacaq. Sonuncu oyundakı rəqibin adı yaxın vaxtda məlum olacaq.
Qeyd edək ki, bütün yoldaşlıq görüşlər “Şəfa” stadionunda baş tutacaq.
