Məlum olduğu kimi, “İnter” Türkiyədə təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, bu gün komanda növbəti yoxlama görüşünə çıxacaq. Belə ki, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq matçda komanda Braziliyanın “Uniao” klubuyla üz-üzə gələcək.
Qeyd edək ki, “İnter” toplanış çərçivəsində daha əvvəl 4 görüş keçirib. Komanda son yoxlama matçını sabah keçirəcək. Həmin oyunda “İnter” Almaniyanın “Arminiya” Bilefeld klubuyla qarşılaşacaq.