"İnter" "Bakı" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən və "Neftçi" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək Slavçko Georgievski ilə bağlı Apelyasiyaya şikayət etməyəcək.
Bu barədə Korner.az-a açıqlamasında "bankirlər"in meneceri Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi qış fasiləsində yoxlama matçında qarşılaşacaqları rəqiblərin adını açıqlamasa da, onların hansı ölkədən olduqlarını dedi:
"Qış fasiləsində Almaniya, Ukrayna və Rusiya klubları ilə yoxlama matçı keçirə bilərik. Hələ tam dəqiq heç nə yoxdu".
