Türkiyədə təlim-məşq toplanışı keçəcək “İnter”in daha bir rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “bankirlər”in növbəti rəqib də Almaniya klubu olacaq.
Belə ki, “İnter” Almaniyanın III Bundesliqasında çıxış edən “Holştayn”la qarşılaşacaq. Hazırda çempionatda 17-ci pillədə qərarlaşan Kil təmsilçisi yanvarın 4-də Proyensdorfda hazırlıqlara başlayacaq. Yanvarın 12-dən 19-na kimi Türkiyənin Bələk bölgəsində toplanış keçəcək “Holştayn” ayın 15-də “İnter”lə gücünü sınayacaq.
Qeyd edək ki, “İnter” yanvarın 22-də bir başqa Almaniya klubu ilə də qarşılaşmaq istəyir. Bu, II Bundesliqa klubu olan “Arminiya”dı.
