Bakının “İnter” klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalayıb.
Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevin müqaviləsi artırılmışdı.
