Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” transfer çalışmalarını davam etdirir.
Korner.az-a klubdan verilən məlumata görə, “bankirlər” Mirhüseyn Seyidovun ardından daha bir futbolçunu heyətinə qatıb.
Bank klubu sabiq futbolçusu Yuri Fomenkonu heyətinə qatıb.
29 yaşlı ukraynalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2013-cü ildə “İnter”də çıxış etmiş hücumçu müxtəlif vaxtlarda “Kəpəz” və AZAL-ın heyətində də top qovub.
