“Bakı” ilə yoxlama oyununda (4-0) zədələnərək meydanı tərk edən “Zirə”nin hücumçusu Nurlan Novruzovun son durumu bəlli olub.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
Mənbədə bildirilir ki, Novruzov ötən gün MRT müayinəsindən keçib və topuğ bağında yırtıq aşkarlanıb. Forvardın ayağının sınması ilə bağlı məlumatlar isə həqiqəti əks etdirmir. Həkimlər Nurlanın təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib.
