Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, komanda paytaxtın “Qorqud Palace” otelində məskunlaşıb.
Toplanış iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın yetirmələri “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun oyununu keçirmək üçün Lənkərana səfər edəcək.
Təlim-məşq prossesinin gedişi barədə baş məşqçi İbrahim Uzuncanın fikirlərini öyrəndik:
“Bilirsiniz ki, Premyer Liqada fasilədir. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.(klub saytı)
