Avropa Liqası oyunlarına hazırlaşan "Bakı" dünən keçirdiyi 2 məşqlə hazırlıqlarını davam etdirir. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu baş məşqçisi Novruz Əzimov bu barədə "Bakı" futbol klubunun internet televiziyasının izləyicilərinə məlumat verib.
"Hazırlıq plan üzrə gedir. Bəzi futbolçularmız obyektiv səbəblərdən hələ ki komandaya qoşulmayıblar. Uinston Parks, İbrahim Karqbo və Koke xaricində digər futbolçular plan üzrə hazırlıqlarını davam etdirirlər.
Ayın 17-nə qədər öz təlim-məşq bazamızda gündə 2 dəfə olmaqla məşq edəcəyik. İyunun 18-dən Sloveniyaya yola düşəciyik və orada 12 günlük təlim-məşq toplantısı keçirəcəyik".
