Bu gün Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.
Korner.az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmizin idman sektorunu həmin sərgidə “Bakı” futbol klubu təmsil edir.
Sərgidə Azərbaycan, “Bakı”, “Lans” futbol klublarına aid maarifləndirci videoçarxlar və şəkillər var. Sərgidə həmçinin Fransanın məşhur futbolçuları Olivye Dakur və Jan Pyer Papen də iştirak edir.
Sərgi 27 sentyabr tarixinədək davam edəcək.