"Bakı"nın U-15 komandasının Fransada təlim-məşq toplanışı davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, dünən futbolçularımız və "Lans"ın A komandasının oyunçuları ilə görüş keçirilib. Baş məşqçi Antuan Kambuarenin də iştirak etdiyi görüşdə fransa klubunun oyunçuları bizimkilərə dəyərli məsləhətlər verib. Klubumuzun nümayəndələri keçirilmiş görüşdən xoş təəssürat və böyük ümidlərlə ayrılıblar.
Tətbirdən sonra "Bakı" və "Lans"ın U-15 komandaları arasında yoldaşlıq oyunu keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:0 hesabı ilə Fransa klubun qələbəsi ilə başa çatdı.
