12-13 may 2012-ci il tarixdə Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. Korner.az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrudan görüşəcək.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14.30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək.
