“Bakı”nın U-15 komandasının Fransaya səfəri davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən istirahət günü çərçivəsində “Bakı”nın yetirmələri “Disney Land” uşaq istirahət mərkəzinə gəzintiyə çıxıblar.
Onlar mərkəzin “Disneyland Park” və “Walt Disney Studio” parkını dolaşaraq müxtəlif əyləncə vasitələrində əyləniblər.
Bu gün isə komandamızın daha bir yoxlama matçında gücünü sınayacağı nəzərdə tutulub.
