Jabanı geri qaytaran “Bakı” daha bir üzvünü geri qaytara bilər.
Korner.az-ın məlumatına görə, “Zolaqlılar” Marius Penanı da Bakıya gətirmək istəyir.
Pena özü də Premyer Liqamızda çıxış etmək istəyir. Milinko Pantiçin vaxtında “Bakı”da çox da oynamaq şansı tapmayan rumın forvard ondan əvvəl özünü sübut edə bilmişdi. Yayda ölkəmizdən ayrılan Pena Rumıniyada “Konkordiya Çayna” klubu ilə müqavilə imzalayan Penanın oradakı işləri də elə də yaxşı getmir.
Belə ki, forvard çıxdığı matçda yalnız bir dəfə fərqlənən Pena əməkhaqqının da aşağı olmasından şikayətçidi. Əgər danışıqlar müsbət yekunlaşsa, Pena da “Bakı”ya qayıdacaq.(sportnews)
