"Bakı" qış fasiləsindən istifadə edərək daha bir futbolçu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, "zolağlılar"dan ayrılan futbolçu Ramazan Abbasovdu. Paytaxt klubunun baş məşqçisi Bojidar Bandoviç Abbasovun da komandada qalmasında maraqlı olmadığını açıqlayıb.
Xatırladaq ki, “Bakı” bundan öncə Cəmşid Məhərrəmov, Vangelis Mantsios, Nenad Kovaçeviç, Maris Verpakovski, İbrahimv Karqbo və Denis İvanovdan da imtina etmişdi.
