"Bakı"nın U-16 komandası Azərbaycan çempionatının sonuna 5 tur qalmış rəqibləri üçün əlçatmaz mövqeyə yüksədi. Korner.az-ın klub rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsüm 22-ci oyununa çıxan U-16 20-ci qələbəsini darmadağınla qazandı.
"Vətən"i qəbul edən "zolaqlılar" rəqibə aman vermədilər. İlk yarıdan sonra 7:0 hesabı ilə irəlidə olan yeniyetmələrimiz ikinci hissədə daha 4 qol vuraraq qələbəni və eyni zamanda çempionluqlarını rəsmiləşdirdilər. 11:0 hesabı ilə qalib gələn U-16 komandamız ardıcıl ikinci dəfə Azərbaycan çempionu titulunu qazandı.
