Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Saat 16:00-da "Sumqayıt" öz meydanında "Bakı"nı, "Qəbələ" isə "Simurq"u qəbul edəcək. Bu görüşlərdən bir saat sonra "Rəvan" səfərdə AZAL-ın, "Xəzər Lənkəran" isə "İnter"in qonağı olacaq.
Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Burada çempionatın lideri "Qarabağ" klubu "Neftçi"ni sınağa çəkəcək.
27 aprel (bazar)
Azərbaycan Premyer Liqası, 32-ci tur
16:00. “Qəbələ” – “Simurq” 1:0
Qol: Dodo, 57
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.
16:00. “Sumqayıt” – “Bakı” 1:1
Qollar: Pərdis Fərcad-Azad, 47 – Risto Ristoviç, 69
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
17:00. AZAL – “Rəvan” 0:0
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov
“AZAL Arena” stadionu.
19:00. “İnter” – “Xəzər Lənkəran” 3:0
Qollar: Arif Daşdəmirov, 4; Abdulla Abatsıyev, 75; Mezxa Kolli, 84
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov
“Şəfa” stadionu.
20:00. “Qarabağ” – “Neftçi” 1:1
Qollar: Muarrem Muarrem, 51 – Flavinyo, 40
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
