Çimərlik futbolu üzrə Azərbaycan çempionu “Bakı” Avropa kuboku uğrunda (Euro Winners Cup 2013) mübarizəyə başlayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, 20 ölkəni təmsil edən çempion komandalar 5 qrupa bölünüblər.
İtaliyanın San Benedetto del Tronto şəhərində bir araya gələn komandalar artıq ilk oyunlarına çıxıblar. E qrupunun start qarşılşamasında İtaliya çempionu “ASD Terraçina BS” ilə mübarizə aparan “Bakı” meydan sahiblərinə 1:3 hesabı ilə məğlub olub.
“Bakı” bu gün ikinci oyununa çıxacaq. Rəqib Polşa çempionu “Qrembax Lodz” klubudur. Oyun Bakı vaxtı ilə saat 17.45-də başlanacaq.
Ələvə edək ki, Polşa klubu ilk qarşılaşmada Latviya təmsilçisi “Kreys”i (Kreiss) 5:1 hesabl ilə məğlub edib.