Bu gün Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış bir oyun keçiriləcək.
Korner.az-ın məlumatına görə, paytaxtda baş tutacaq görüşdə "Bakı" və "Simurq" komandaları üz-üzə gələcək.
Son turda "Araz Naxçıvan"a 2:1 hesabı ilə qalib gələn "Bakı" mövsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. Lakin Zaqatala təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraq doğurur.
Qeyd edək ki, "Bakı" – "Simurq" oyunu saat 16:00-da başlayacaq.
2 oktyabr
“Bakı” – “Simurq” – 1:0
Qol: Novruzov 35.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
