Bu gün doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq “Bakı” oyunöncəsi son məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, zədə səbəbindən Namiq Ələskərov və George Popxadze məşqi buraxmalı olublar.
Komandanın qapıçıları Elxan Əhmədov və Aqil Məmmədov, həmçinin klubun hücumçusu Nurlan Novruzov “Qəbələ” ilə əvəzedici komandaların oyununa göndərilib.
Qarşılaşma saat 17:00-da start götürəcək.
