big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Bakı-2016: Üçüncü oyun günü nələr baş verdi? – HESABAT

04.09.2016 , 18:52

Bu gün Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının üçüncü oyun gününə start verilib. Bu tur əsas komandalarımız üçün uğurlu alınıb

Kişilərdən ibarət əsas yığmamız Macarıstan şahmatçıları ilə qarşılaşıb. Birinci lövhədə yer alan qrossmeysterimiz Şəhriyar Məmmədyarov təcrübəli rəqibi Riçard Repportla qarşılaşıb. Partiyanın əvvəlində sahə üstünlüyünü rəqibə verən Şəhriyar sonda Riçardı sıxışdırıb təslim olmağa məcbur edib.

İkinci lövhədə yarışan Teymur Rəcəbov da komanda yoldaşları kimi gərgin partiya oynayıb. Zoltan Almasi ilə qarşılaşan şahmatçımız görüşdə qalib gələ bilməyib.

Teymurun məğlubiyyətindən sonra komanların hesabı bərabərləşib – 1:1. Bundan sonra qalibiyyət növbəsi Arkadi Naydiçdə olub. Azərbaycanı dördüncü lövhədə təmsil edən şahmatçımız Benjamin Qleduradan daha tədbirli olub. 40-cı gedişdə partiyanın taleyini, demək olar ki, həll edən Arkadi komanda hesabımıza ikinci xalı qazandırıb.

Arkadinin qələbəsindən sonra heç-heçə vəziyyətində olan Rauf Məmmədov üçüncü lövhədə Czaba Baloqla görüşüb. Pariyanın sonunda rəqibi təslim olmağa məcbur edən Raud komandamıza üçüncü xalı qazandırdı. Beləliklə, kişilərdən ibarət əsas yığmamız Macarıstandan olan parlaq zəkaları 3:1 hesabı ilə məğlub ediblər.

Kişilərdən ibarət ikinci komandamız Hindistandan olan şahmatçılara uduzduğu halda (1:3), üçüncü yığma Livanı 4:0 hesabı ilə məğlub edib:

Olimpiada – 2016

III tur

Kişilər

Azərbaycan-1 (2706) – Macarıstan (2655) – 3:1

Şəhriyar Məmmədyarov – Riçard Repport – 1:0

Teymur Rəcəbov – Zoltan Almasi – 0:1

Rauf Məmmədov – Czaba Baloq – 1:0

Arkadi Naydiç – Benjamin Qledura – 1:0

Azərbaycan-2 (2576) – Hindistan (2651) – 1:3

Vasif Durarbəyli – P. Harikirişna – 0.5:0.5

Nicat Abasov – B. Adhiban – 0:1

Ülvi Bacarani – Qucarti Santoş Vidit – 0:1

Qədir Hüseynov- S.P. Seturaman – 0.5:0.5

Azərbaycan-3 (2350) – Livan (2176) – 4:0

Vüqar Əsədli – Fadi Eyd – 1:0

Nail Bəşirli – Amro El Caviç – 1:0

Abdulla Qədimbəyli – Elie Asmar – 1:0

Pərviz Qasımov – Mahmud Abdulaziz – 1:0

İki turdan sonra turnir cədvəli: 1.Rusiya, 2. Azərbaycan-1, 3.Polşa – 4 xal,… 20.Azərbaycan-2 – 4 xal,… 74.Azərbaycan-3 – 2 xal.

Qadınlardan ibarət əsas yığmamız polşalı şahmatçılarla qarşılaşıb. Digər iki turla fərqli olaraq bu dəfə dördüncü lövhədə Nərmin Kazımovanın əvəzinə Aydan Höccətova yarışıb. Qalan lövhələrdə isə müvafiq olaraq Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Gülnar Məmmədova mübarizə aparıb.

Komandamızın lideri Zeynəb Məmmədyarova Monika Soçko ilə qarşılaşıb Bu görüşdə təmsilçimiz qələbə qazanmağı bacarıb. Zeynəb kimi Günay da komandaya bir xal gətirib. Gülnar Məmmədova isə bu dəfə rəqibi ilə heç-heçəyə razılaşıb. Dördüncü lövhədə Aydan Höccətova Klaudia Kulona məğlub olub.

Qadınlardan ibarət digər yığmalarımız da turu uğurla başa vurub. Yalnız ikinci yığmamızın oyunu dramatik məcrada keçib. İlk olaraq Nərmin Xələfova qalib gəlsə də, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva rəqibləri ilə heç-heçə edib. Xəyalə Abdulla isə Marta Miçnaya uduzub. Yekun hesab 2:2 olub və komandalar arasında qalib müəyyən olmayıb.

Polşa (2360) – Azərbaycan-1 (2320) – 1.5:2.5

Monika Soçko – Zeynəb Məmmədyarova – 0:1

Yolanta Zavacka – Günay Məmmədzadə – 0:1

Horovska Şçepkovsla – Gülnar Məmmədova – 0.5:0.5

Klaudia Kulon – Aydan Höccətova – 1:0

Azərbaycan-2 (2248) – Almaniya (2371) – 2:2

Türkan Məmmədyarova – Elizabet Paetz – 0.5:0.5

Xəyalə Abdulla – Marta Miçna – 0:1

Nərmin Xələfova – Melanie Lubbe – 1:0

Ülviyyə Fətəliyeva – Cudit Fuş – 0.5:0.5

Qırğızıstan (1858) – Azərbaycan-3 – 0:4

Aleksandra Samaqanova – Nərmin Məmmədova – 0:1

Diana Omurbekova – Xanım Balacayeva – 0:1

Ayşən Alimbəy qızı – Gövhər Beydullayeva – 0:1

Bəyimay Zahirbəy qızı – Ayan Allahverdiyeva – 0:1

İki turdan sonra turnir cədvəli: 1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,… 19.Azərbaycan-1 – 4 xal,… 28. Azərbaycan 2 – 4 xal,… 41. Azərbaycan -3 – 2 xal…


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top