Bakıda keçirilən Bakı Şahmat Olimpiadasının ilk turunun püşkü atılıb.
Korner.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək. Azərbaycan-2 Mozambik, Azərbaycan-3 Papua Yeni Qvineyaya rəqib olub.
Kişilərdən ibarət əsas yığmamız Zimbabve komandası ilə qarşılaşacaq. Rəqib komandanın kapitanı Elton Manqarayidi. Afrika təmsilçisinin komanda üzvlərinin FİDE reytinqinə görə lideri Makoto Rodvell – 2405.
Zimbabve yığmasının digər üzvləri isə bunlardı – Mandija Farai – 2375, Masanqo Spenser – 2200, Çimbabu Elişa – 2114, Muşore Emarald Takuşa 2187.
İlk turun oyunları Bakı vaxtilə 15:00-da başlayacaq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
