"Bakı-2015" Avropa Olimpiya Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir.
Korner.az-ın məlumatına görə, ikinci yarış günündə 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev bürünc medal uğurunda döyüşəcək.
75 kq
Bu çəkidə yarışan Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Elvin ardıcıl qələbələrlə finala yüksəlib. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.
85 kq
Millimizin liderlərindən olan Saman Təhmasibi isə oyunlara erkən vida edib.
130 kq
Millimizin üzvü Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib – 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb – 5:0.
Həlledici görüşdə türkiyəli Riza Kayaalpla qarşılaşan güləşçimiz məğlub olaraq ikinciliklə kifayətlənib.
