Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
Korner.az-ın məlumatına görə, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 60 kq-da Firdovsi Fərzəliyev inamla qələbələri sıralayaraq finala yüksəlib.
Yığmamızın lideri Rafael Ağayev də adını finala yazdırıb. O, yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşacaq.
Qadınlardan isə İLahə Qasımova bürünc medal şansını saxlayıb və o, üçüncülük uğurunda oyuna çıxacaq.
* * *
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev bürünc medal uğurunda üçüncülük oyununda inamlı qələbə qazanıb.
